Əsas Səhifə > MILLI MƏCLİS > Azərbaycanlı jurnalistlərə qarşı iyrənc hücum Fransada söz və ifadə azadlığına olan münasibətin göstəricisidir - Sevil Mikayılova

Azərbaycanlı jurnalistlərə qarşı iyrənc hücum Fransada söz və ifadə azadlığına olan münasibətin göstəricisidir - Sevil Mikayılova


29-06-2023, 23:49


Ara-sıra Azərbaycana da demokratiya dərsi keçmək istəyən Fransanın özündə bu gün insan hüquq və azadlıqları ən kobud şəkildə pozulur. Fransada etirazçılara qarşı polis qəddarlığı, Fransa cəmiyyətində dözümsüzlük hallarının artması, fransa xalqının Makron hakimiyyətinə etimadını itirdiyini göstərir. Bu gün çoxlu sayda insanın küçələrə çıxaraq bu kimi haqsızlıqlara etiraz etməsi və sərt reaksiya verməsi də bunun sübutudur. Fransada öz peşə vəzifəsini yerinə yetirən azərbaycanlı jurnalistlərə qarşı bu gün baş vermiş iyrənc hücum da bu rejimin söz və ifadə azadlığına olan münasibətinin göstəricisidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, hücumu edən cinayətkarlar təcili şəkildə Fransa dövlət orqanları tərəfindən müəyyənləşdirilməli və məsuliyyətə cəlb olunmalıdır. Bu hadisənin özünü daim hüquq və azadlıqların mühafizəçisi kimi təqdim edəm Fransada baş verməsi isə təssüf doğurur, amma artıq təccübli deyil. Hazırda Makron hakimiyyəti Fransanı o həddə çatdırıb ki, vətəndaşların, eləcə də media işçilərinin təhlükəsizliyi təmin olunmur, peşə fəaliyyətini icra edən jurnalistlər təhdid altında qalır.

"Bu hadisə Fransada baş vermiş ilk belə hal deyil, təssüfki, bu dəfə peşə fəaliyyətlərini yerinə yetirən azərbaycanlı jurnalistlər belə hücuma hədəf olublar, azərbaycanlı müxbir və operator yüngül bədən xəsarətləri alıblar, eyni zamanda, onların çəkiliş kameraları əllərindən alınıb. Kameranı geri qaytarmaq cəhdləri nəinki səmərə verməyib, üstəlik media təmsilçiləri silahla hədələniblər".

S.Mikayılova onu da əlavə edib ki, Fransada baş verən hadisələr, insan hüquq və azadlıqlarının pozulması halları, həmçinin insanların sosial rifahına edilən kəskin müdaxilələr Makron hakimiyyətinin uğursuz idarəetmə sisteminin nəticəsidir.

"Makron hakimiyyətinin səriştəsizliyi və bunun yaratdığı ağır fəsadlar Fransa cəmiyyəti üçün uğurlu gələcək vəd etmir. Ölkə rəhbərliyi öz siyasətinə düzgün korrektələr etməlidir. Əks halda Fransada böhran daha da dərinləşə bilər".

Şəffaflıq.az


Geri qayıt