Əsas Səhifə > Dünya > Robert De Niro: “Tramp təlxək və axmaqdır, bu ölkəni məhv edəcək”
Robert De Niro: “Tramp təlxək və axmaqdır, bu ölkəni məhv edəcək”30-10-2019, 22:21 |
Donald Trampın müxaliflərindən olan amerikalı məşhur Hollivud aktyoru Robert De Niro, onun bir daha sərt tənqid atəşinə tutub. “GQ” jurnalının Böyük Britaniyada dərc olunan versiyasına müsahibə verən De Niro, Trampı murdar adlandırıb və onun ABŞ-ı məhv edəcəyini söyləib. “O, ola biləcəyini düşündüyümüzdən çox daha pisdir. Trampla əlaqədar hər şey, bütün o yaramazlıqları və axmaqlıqları gedişatı təyin edir. Bunu hamımız bilirik. Bu rəzalətdən də savayı o, bir murdarlıqdır. Bu ölkəni məhv edəcək”, - deyə De Niro bildirib. Məşhur aktyor Trampın rasist bəyanatlarının gedərək daha çox insan tərəfindən nümunə götürüldüyünü və cəmiyyətin də bu həqiqəti başa düşməyə başladığını söyləyib. Bu səbəblə ABŞ-da ardıcıl reallaşan silahlı hücumlara görə Trampın da məsuliyyətli bilən De Niro, belə deyib: “Bu təcavüzkarlar dəlidirlər, amma Tramp onlara ilham verdi, icazə verdi, o, başlatdı və cəsarətləndirdi”. Amerikalı aktyor bu səbəbdən Trampın da əlinin qana bulaşdığını iddia edib. Donald Trampın iş adamı olduğu dövrlərdə imza atdığı “The Apprentice” (Çıraq) adlı şou proqramının pərəstişkarları da məşhur aktyorun reaksiyasından nəsibini alıb. De Niro belə davam edib: “O, ağılsızdır, səfehdir, təlxəkdir, axmaq, pərişan, təhlükəlidir. O axmaq şou, “The Apprentice”, insanlar bunu qəbul etdi. Bir vəhşi yaratdılar”. Şəffaflıq.az Geri qayıt |