Əsas Səhifə > ELM VƏ TƏHSİL > Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək25-06-2023, 16:20 |
|
Dövlət İmtahan Mərkəzi iyulun 23-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirəcək. Bu barədə DİM-in Mətbuat Xidmətindən məlumat verilib. İmtahanda iştirak etmək istəyən namizədlərin iyunun 25-i saat 15:00-dan iyulun 20-si saat 11:00-dək aparılacaq.İmtahan kompüter vasitəsilə keçiriləcək. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metro stansiyasının yanı). İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “ ”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə tanış ola bilərsiniz. “”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat ) istifadə etmək olar. “” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.Şəffaflıq.az Geri qayıt |