Əsas Səhifə > REGİON > “Paşinyan şoumendir” – Vazgen Manukyan
“Paşinyan şoumendir” – Vazgen Manukyan30-10-2019, 22:17 |
“Ermənistan ciddi problemlərlə üzləşir, lakin bu gün hər kəs 1 mart hadisələri ilə məşğuldur. Bu, ictimaiyyətin diqqətini əsas problemlərdən yayındırmaq deməkdir”. Bunu Ermənistan İctimai Şurasının sədri Vazgen Manukyan keçirdiyi mətbuat konfransında deyib. Manukyan qeyd edib ki, Nikol Paşinyan hökuməti “korrupsiyaya qarşı mübarizə” sousu ilə istədiyini edir. Şura sədri Paşinyanı “şoumen” adlandırıb: “Üstəgəl, cəmiyyət daxilində elə insanlar var ki, onlar həbs ediləndə çox xoşbəxt olur. Halbuki bu səylər dövlətin inkişafına yönəldilsəydi, Ermənistan daha yaxşı nəticələr əldə edərdi. Nikol Paşinyan müstəqil Ermənistanda heç kimin əlində olmayan böyük bir şansa sahib idi. İnsanlar problemlərin həll olunacağına ümid edirdi, amma o, bunun əvəzinə başqa işlərlə məşğuldur”. Şəffaflıq.az Geri qayıt |