Əsas Səhifə > Hadisə > Avropa Oyunlarında zədələnən karateçi: “Yenə italiyalı idmançı burnumu qırdı”
Avropa Oyunlarında zədələnən karateçi: “Yenə italiyalı idmançı burnumu qırdı”23-06-2023, 23:54 |
“İki ay əvvəl Avropa çempionatının finalında burnum sındığı üçün döyüşə bilməmişdim. Bütün bunları italiyalı idmançı etmişdi. Yenə İtaliya təmsilçisi burnumu qırdı (gülür)”. Bunu “Report”un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında III Avropa Oyunlarında italiyalı Klio Ferrakutti ilə döyüşdə burnu sınan Azərbaycan karateçisi Fəridə Əliyeva (+68 kq) deyib. O, ciddi xəsarət almadığını bildirib: “Sadəcə, zərbə köhnə zədənin üzərinə dəydiyi üçün huşumu itirdim. Dərhal xəstəxanaya apardılar, sistem köçürdülər. Çox yaxşı qulluq etdilər. Məni orada tək qoymayan Gənclər və İdman Nazirliyinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Orada bir daha Azərbaycan idmançısı olduğumu hiss etdim”. Əliyeva yarışda qızıl medal qanan İrina Zaretskanın çıxışına da toxunub: “İrina ən güclü idmançımızdır. Bu gün qızıl medal qazandı. Təbrik edirəm. Doğrudan da buna layiqdir. Çünki öz üzərində çox işləyir. Digər idmançılarımıza da demək istəyirəm ki, heç vaxtdan ruhdan düşməsinlər. Azərbaycan qadını heç də zəif deyil. Hər zaman yarışlarda medal götürmüşük. Ölkəm, millətim və ailəmlə fəxr edirəm. Hamını qucaqlayıram”. Geri qayıt |