Əsas Səhifə > RƏSMİ XƏBƏR > Şimali Makedoniya prezidenti İlham Əliyevə məktub göndərdi
Şimali Makedoniya prezidenti İlham Əliyevə məktub göndərdi20-06-2023, 17:09 |
Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. President.az xəbər verir ki, məktubda deyilir: “Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Şimali Makedoniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik etməkdən, ölkənizin firavanlığı üçün ən səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram. Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, qarşıdakı dövrdə siyasi və iqtisadi müstəvidə münasibətlərin möhkəmləndirilməsi, habelə qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün Şimali Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələri daha da inkişaf etdirəcəyik. İcazə verin, yaxın gələcəkdə Sizinlə fikir mübadiləsi aparmaq üçün ikitərəfli görüşün keçirilməsində maraqlı olduğumu ifadə edim. Zati-alinizə ən yüksək ehtiramımı çatdırır, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”. Geri qayıt |