Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gün yenidən Kiyevə Rusiya Ordusu tərəfindən hava hücumunun edilə biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
“Bu baş verməsə də, Ukraynanın Dnepropetrovsk, Nikolayev, Odessa, Xerson, Xarkov və Donetsk vilayətləri hücuma məruz qalıb. Xüsusilə Xarkovda vəziyyət daha da gərginləşib”, – deyə jurnalist qeyd edib.
O da bildirilib ki, Xersonun su basmış adalarında Rusiya hərbçiləri Ukrayna hərbçiləri tərəfindən batmaqdan xilas ediliblər:
“Məlum olub ki, aralarında yüksək rütbəli hərbçilərin də olduğu altı nəfər adada ağacda köməksiz vəziyyətdə qalıb. Onlar Ukrayna hərbçiləri tərəfindən əsir götürülüblər”.
Ətraflı videonu təqdim edirik:
Şəffaflıq.az