Əsas Səhifə > SİYASƏT > Qriqori Mavrov: “Rusiya İrana ödənişi nağd şəkildə həyata keçirir, yəni bu, tamamilə “qara pul”dur”
Qriqori Mavrov: “Rusiya İrana ödənişi nağd şəkildə həyata keçirir, yəni bu, tamamilə “qara pul”dur”14-06-2023, 14:25 |
“İran üçün Rusiya ilə əməkdaşlıq sərfəlidir”. Bunu ukraynalı şərqşünas Qriqori Mavrov İranın hazırda çətin vəziyyətdə olmasına baxmayaraq, özü kimi sanksiyalar altında olan Rusiyanı müttəfiq seçməsini Oxu.Az-a şərh edərkən bildirib. Ekspertin sözlərinə görə, Rusiya ödənişi nağd şəkildə həyata keçirir, yəni bu, tamamilə “qara pul”dur. “Maliyyə aspektindən əlavə, hərbi əməkdaşlıq da var. Rusiya Tehranı yeni “Su-35” qırıcıları ilə təmin edəcəyinə söz verib (bəzi mənbələrə görə, artıq tədarük edib – red.). Hətta rəqəmlər də açıqlanıb - 24 təyyarə. İranda isə aviasiya donanması ilə bağlı hər şey olduqca pis idi”, - deyə o əlavə edib. Mavrov, həmçinin, xarici müttəfiqlərin Ukraynaya tədarük etdikləri Qərb texnikalarının nümunələrini Rusiyanın da İrana təqdim etdiyini vurğulayıb: “Döyüş meydanında Rusiya bəzən qənimət əldə edə biləndə (müharibədə həmişə hər iki tərəfdən nəsə ələ keçirilir) onu İrana göndərir. İranlılar isə gələcəkdə surətini çıxarmaq üçün onları öyrənirlər. Xatırladım ki, “Shahed” dronları Qərb pilotsuz təyyarələrinin nüsxəsidir”. Ekspert İran və Rusiyanın Suriyada müttəfiq olduqlarını xatırladıb. “Əlbəttə, onların arasında problemlər olur, amma ümumilikdə bu, müttəfiq münasibətləridir. İran və Rusiya Bəşər Əsəd rejiminin sağ qalmasına yardımçı oldular, indi isə amerikayönümlü qüvvələrin bölgədən sıxışdırılması üçün səylərini koordinasiya edirlər”, - deyə şərqşünas bildirib. Onun sözlərinə görə, İran bu münasibətlərdə dominant tərəf kimi görünür. “Tehran Moskvadan daha çox qazanır. İran Rusiyaya üçüncü dərəcəli pilotsuz təyyarələr satır, bunun müqabilində pul və yeni təyyarələr alır”, - deyə Q.Mavrov sözlərini yekunlaşdırıb. Nair Əliyev Şəffaflq.az Geri qayıt |