Əsas Səhifə > Dünya > ABŞ-dan skandal Türkiyə qərarı.Sanksiyalar paketini təsdiq edib.
ABŞ-dan skandal Türkiyə qərarı.Sanksiyalar paketini təsdiq edib.30-10-2019, 09:12 |
ABŞ Konqresinin Nümayəndələr Palatası Türkiyəyə və onun maliyə sektoruna qarşı Ankaranın Suriyanın şimal-şərqində keçirdiyi hərbi əməliyyata və Rusiyadan S-400 zenit-raket sistemlərini almasına görə sanksiyalar paketini təsdiq edib. Şəffaflıq.az xəbər verir ki, təşəbbüs "PACT Act" qanunu adlanır. Bu qısaltma "Protect Against Conflict by Turkey Act"dan ("Türkiyə tərəfdən münaqişəyə qarşı müdafiə") irəli gəlir. Bu qanun, ABŞ prezidenti Donald Trumpı Suriyadakı hərbi əməliyyatda iştirak edənlərə, həmçinin milli müdafiə naziri Hulusi Akara qarşı məhdudiyyətlər tətbiq etməyi məcbur edir. Bundan əlavə, sənəddə deyilir ki, Vaşinqton administrasiyası CAATSA qanununa əsasən ("Amerikanın əleyhdarlarına qarşı sanksiyalarla mübarizə haqqında") Ankaranın S-400 alması ilə əlaqədar məhdudiyyətlərin tətbiq edilməsi tələb olunur. Qanun layihəsinin müəllifi palatanın Xarici İşlər Komitəsinin sədri Eliot Engeldir. Sanksiyalar paketi səsvermə üçün Senata göndərilib. Geri qayıt |