Əsas Səhifə > Cəmiyyət > Təbrizli alim Avropa İxtiraçılar Akademiyasının qızıl medalını qazandı - FOTO
Təbrizli alim Avropa İxtiraçılar Akademiyasının qızıl medalını qazandı - FOTO14-06-2023, 13:02 |
Təbrizli alim Südabə Davərana Avropa İxtiraçılar Akademiyasının qızıl medalı verilib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Məlumata görə, o, bu nailiyyətini “Antibiotiklərədavamlı infeksiyalı yaraların müalicəsi üçün antibiotik preparatları və antimikrob bitki ekstraktları olan nanoliflər” adlı akademik layihəsinə görə qazanıb. Qeyd edək ki, alimin bu layihəsi cari ilin may ayında Türkiyənin İstanbul şəhərində keçirilən “TEKNOFEST-2023” festivalında da birinci yerə layiq görülmüşdü. O da vurğulanır ki, Südabə Davəran dünyada nanotexnologiya üzrə UNESCO-nun elmi medalını alan ilk qadındır.
Şəffaflıq.az Geri qayıt |