Əsas Səhifə > Cəmiyyət > Liviyalı bloqer: “Qarabağdakı dağıntıları görmək çox ağrılıdır”
Liviyalı bloqer: “Qarabağdakı dağıntıları görmək çox ağrılıdır”14-06-2023, 12:00 |
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dağıntıları görmək çox ağrılıdır”. Bunu “Report”a açıqlamasında beynəlxalq səyyahlardan ibarət nümayəndə heyətinin tərkibində bu gün Ağdama səfər edən Liviyadan olan tanınmış səyyah-bloqer Məhəmməd Alselini deyib. “Qarabağdakı dağıntıları görmək, xüsusən də bir zamanlar burada yaşayan insanların nələrlə üzləşdiklərini - evlərini necə itirdiklərini və məcburi köçkünə çevrildiklərini - təsəvvür etmək çox ağrılıdır. Bütün bunlar çox ciddi emosiyalara səbəb olur. Mən bu regionun tezliklə bərpa olunmasını, sabitlik və firavanlıq arzulayıram”, - o vurğulayıb. Xatırladaq ki, beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri bu gün başlayıb. Onlar dörd gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcəklər. Səfər dünyaca məşhur MTP (“Most Travelled People”) təşkilatı tərəfindən təşkil olunub. Şəffaflıq.az Geri qayıt |