Əsas Səhifə > XARİCİ XƏBƏR > Yaponiyada hərbçilər arasında atışma olub
Yaponiyada hərbçilər arasında atışma olub14-06-2023, 10:37 |
Yaponiyanın Gifu prefekturasında, Yaponiya özünümüdafiə qüvvələrinə məxsus hərbi hissədə hərbçilər arasında atışma olub. Bu barədə mətbuata açıqlamanı Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno verib. O qeyd edib ki, hərbçi öz silahdaşlarına atəş açaraq üç nəfəri yaralayıb, onlardan birinin vəziyyəti ağırdır. Hadisə törədən hərbçi artıq saxlanılıb. Yaponiya ictimai televiziyasının məlumatına görə, atəş açan 20 yaşlı əsgərdir. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar. Mənbə: TASS Şəffaflıq.az Geri qayıt |