Əsas Səhifə > Cəmiyyət > Tufanla əlaqədar Naxçıvana uçan təyyarə Bakıya geri qayıtdı

Tufanla əlaqədar Naxçıvana uçan təyyarə Bakıya geri qayıtdı


13-06-2023, 17:20


“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-271 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə saat 16:10-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Şəffaflıq.az


Geri qayıt