Əsas Səhifə > Cəmiyyət > Dələduzluqda ittiham olunan sayt rəhbərinə hökm oxunub

Dələduzluqda ittiham olunan sayt rəhbərinə hökm oxunub


12-06-2023, 18:19


Dələduzluqda ittiham olunan sayt rəhbəri Etibar Toğrulun (Əliyev) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Etibar Toğrul verilmiş ittihamla təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Etibar Toğrul 3 nəfərə yalan vəd verərək onların 123 min manat pulunu ələ keçirib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Etibar Toğrul “Xəbər var” qəzetində baş redaktor, “Vetenperverler.az” saytında redaktor kimi fəaliyyət göstərib.

O, həmçinin “XeberBiz.com” və “TehsilXeber.com” xəbər portallarının da rəhbəridir.

Şəffaflıq.az


Geri qayıt