Əsas Səhifə > İqtisadiyyat > “QazaqQaz”ın rəhbəri: “Qazaxıstan SOCAR ilə qaz hasilatına birgə investisiyaları müzakirə edir”
“QazaqQaz”ın rəhbəri: “Qazaxıstan SOCAR ilə qaz hasilatına birgə investisiyaları müzakirə edir”10-06-2023, 12:59 |
“Qazaxıstan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qaz hasilatına birgə investisiyaları müzakirə edir”. Bunu “Trend”ə Astana Beynəlxalq Forumu (AIF-2023) çərçivəsində Qazaxıstanın “QazaqQaz” milli şirkətinin rəhbəri Sancar Jarkeşov deyib. “Biz artıq Azərbaycan tərəfi ilə qaz sənayesində, xüsusilə qazın kəşfiyyatı və hasilatına investisiyaları, həmçinin yeni LNG (maye təbii qaz – red.) zavodlarının tikintisi ilə bağlı bir sıra görüşlər və danışıqlar aparmışıq”, - deyə o bildirib. S.Jarkeşov qeyd edib ki, Astana Beynəlxalq Forumunun platforması həm də Azərbaycan və Qazaxıstan arasında bir çox sahələrdə əlaqələrin dərinləşməsinə imkan verəcək “Azərbaycan tərəfi artıq Qazaxıstanın qaz sənayesində konkret layihələrə maraq göstərib və biz birgə əməkdaşlıq imkanlarını araşdırmağa davam edəcəyik. Bu gün olduğumuz platforma məhz belə ciddi danışıqlar üçün yaradılıb”, - deyə o əlavə edib. Şəffaflıq.az Geri qayıt |