ABŞ-nin Landrum şəhərindən (Cənubi Karolina) olan gənc keşişin kilsə hamamında qızları lentə almasının üstü açılıb.
Belə ki, yerli sakinlərdən biri anasının evində duş qəbul edərkən hamamın pəncərəsindən kənarda işıq görüb. O, küçəyə çıxıb və 35 yaşlı pastor Daniel Kellan Meyfildi görüb. Keşiş həyətdə tək olub.
Polislə söhbətdən sonra pastor duşda çimən qadını videoya çəkdiyini etiraf edib.
Əlavə araşdırma zamanı polis müəyyən edib ki, amerikalı keşiş xidmət etdiyi Baptist kilsəsinin vanna otağında daha bir neçə qızı lentə alıb. Hüquq-mühafizə orqanı əməkdaşları hələlik 14 və daha yuxarı yaşda olan altı qurbanı müəyyən ediblər.
Keşişə qarşı yetkinlik yaşına çatmayanların cinsi istismarı və vuayerizmlə bağlı ümumilikdə altı ittiham irəli sürülüb.
Polisin məlumatına görə, kilsədə keşişin cinayətlərindən heç kimin xəbəri olmayıb. Kilsə rəsmiləri Meyfildin 2016-cı ildən Landrumda tələbə pastoru kimi xidmət etdiyini təsdiqləyib.
O, həbs olunduğu gün vəzifədən uzaqlaşdırılıb.
Şəffaflıq.az