Qanunsuz çay xərçəngi ovu ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis məntəqəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Yenikənd Strateji Su Anbarının Qaracaəmirli kəndi ərazisindəki hissəsində qanunsuz olaraq çay xərçəngi ovu məşğul olan Mingəçevir şəhər sakini Elnur Binnətov saxlanılıb.
Onun ovladığı 2000-dən çox çay xərçəngi və avadanlıqlar maddi sübut kimi götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs həmin çay xərçənglərini kafe və restoranlara satmaq məqsədi ilə ovladığını etiraf edib.
Qeyd edək ki, may ayının 1-dən sentyabrın 1-nə kimi ölkə ərazisindəki bütün su hövzələrində ov qadağan edilib və bununla bağlı Su Polisi İdarəsinin əməkdaşları mütəmadi olaraq profilaktiki-monitorinq tədbirləri həyata keçirirlər.
Şəffaflıq.az