Əsas Səhifə > Hadisə > “Partlayıb, evin tavanı da çöküb” - Şamaxıda şürüşmə ailələri EVSİZ QOYDU –FOTO

“Partlayıb, evin tavanı da çöküb” - Şamaxıda şürüşmə ailələri EVSİZ QOYDU –FOTO


11-12-2018, 21:03
  “Maşın gələ bilmir, piyada keçə bilmirik qapımıza”


Şəffaflıq.az ARB-yə istinadən xəbər verir ki, Şamaxının Quşçu kəndində sürüşmə yenidən aktivləşib. Səbəb isə son günlər müşahidə edilən intensiv yağışlardır. Torpaq sürüşməsi nəticəsində kənd sakilərinə məxsus evlərə və yardımçı tikililərə ziyan dəyib. Evlərin divarında, tavanında xırda çatlar genişlənərək yaşayış üçün təhlükə yaradıb.

Alim Gərayev – kənd sakini: “Əvvəllər az idi, indi artıb. Evdə çatlar çoxalıb, tavan çöküb. Yağış evə dolub.”

Yusif İsmayılov – kənd sakini: “Evimin arxa hissəsi partlayıb. Hər gün ölçürəm bir və ya yarım ssantimetr sürüşmə olur”.

Kənd sakini: “Ev, tövlə aşıb. Üç otaq yoxdur. Hamsı çatlaq-çatlaq olub”.

Sürüşmə zamanı kənd sakinlərinin həyətyanı sahələrinin hasarları, meyvə ağacları yararsız vəziyyətə düşüb. Sakinlərin sözlərinə görə, yağışdan sonra aktivləşən torpaq kütləsi yolları yarasız hala salıb. Nəticədə bəzi evlərə gedən avtomobil yolları təmamilə bağlanıb.

Zakir Gərayev – kənd sakini: “Tez-tez yolun torpağını təmizləyirik, xeyri yoxdur. Maşın gələ bilmir, piyada keçə bilmirik qapımıza”.

Qeyd edək ki, sürüşmə səbəbindən Quşçu kəndində 15-ə yaxın evin divarında iri və xırda çatlar əmələ gəlib. Bəzi sakinlərə məxsus yaşayış evi sürüşmə nəticəsində təmamiylə qəzalı vəziyyət düşüb


Geri qayıt