Əsas Səhifə > İqtisadiyyat > Elnur Əliyev: “Dedi, dönər satışı üçün heç nə istəmirəm, sosial yardım ayrılsın”

Elnur Əliyev: “Dedi, dönər satışı üçün heç nə istəmirəm, sosial yardım ayrılsın”


7-06-2023, 15:56


“Yanvar ayında Göyçayda qəbulda idim, icra hakimiyyəti başçısı ilə görüşdüm. Məsələlərdən biri iş yerləri ilə bağlıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

“Orada heyva ağacları var idi, dedilər, əhali bunları kəsmək istəyir ki, onsuz da iş görə bilmirik. Sahibkarlarla görüşdə dedik ki, istənilən şəxs gəlsin, onlara maliyyə ayıraq, elementar sex qurub heyva cemi istehsal etsin. Bir nəfər belə müraciət etmədi....

Bir qadın cavan, sağlam oğlu ilə gəldi ki, bizə kömək elə, sosial yardım alaq. 27 yaşlı oğlandan soruşduq ki, nə iş görürsən, əlindən bir iş gəlmir? Deyir, Bakıda dönər satmışam. Soruşdum ki, burada da sata bilməzsən? Cavab verdi ki, edə bilərəm. Tapşırıq verdik ki, cavan oğlan bütün hər şeylə təmin olunsun. Sonra məktub yazdı ki, dönər üçün heç nə istəmirəm, sosial yardım ayrılsın. İnsanlarımızda düşüncə budur ki, dövlətin büdcəsindən pul alım, amma dəyər yaratmayım. Aydındır ki, dünyada cəmi 5% insanda sahibkarlıq ruhu var. Amma bizdə bu da yoxdur”.

Şəffaflıq.az


Geri qayıt