Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ prezidentliyinə namizəd ölkəsi üçün ən böyük hərbi təhlükədən danışdı

ABŞ prezidentliyinə namizəd ölkəsi üçün ən böyük hərbi təhlükədən danışdı


6-06-2023, 14:26

“Rusiya və Çin arasında ittifaq ABŞ üçün ən böyük hərbi təhlükədir”.

Bu sözləri qarşıdan gələn seçkidə ABŞ prezidentliyi uğrunda mübarizə aparacaq amerikalı iş adamı Vivek Ramasvami deyib.

Ramasvami bildirib ki, həm Rusiya, həm də Çin nüvə supergücləridir. Onun fikrincə, Çin rəhbərliyi düşünür ki, ABŞ hər iki ölkə ilə eyni vaxtda qarşıdurmaya getməyəcək.

“Bu, Pekinə Tayvanla bağlı siyasətində əminlik verir”, - deyə biznesmen qeyd edib.

Ramasvaminin sözlərinə görə, Çində islahatlar aparılmayana qədər ABŞ Çinlə müştərək işlərdən çəkinməlidir.

Mənbə: “Foxnews.com”

Şəffaflıq.az


Geri qayıt