Əsas Səhifə > XARİCİ XƏBƏR > Əfqanıstanda qadın paltarında qaçmağa çalışan İŞİD liderlərindən biri saxlanılıb
Əfqanıstanda qadın paltarında qaçmağa çalışan İŞİD liderlərindən biri saxlanılıb5-06-2023, 13:39 |
Əfqanıstanın Ləğman vilayətinin Əlinqar rayonunda İŞİD terror təşkilatının “Hüzeyfə” ləqəbli liderlərindən biri saxlanılıb. Qeyd olunur ki, o, İŞİD-in Nəngərhar vilayətində təsis etdiyi “əxlaq polisi”nə rəhbərlik edib. Terrorçu qadın paltarı geyinərək “Taliban” döyüşçülərinin təqibindən yaxa qurtarmağa çalışıb. Onun saxlanılarkən çəkilmiş fotosunu “Taliban”a yaxın mətbuat orqanları yayıblar. Mənbə: Sputnik Əfqanıstan Şəffaflıq.az Geri qayıt |