Əsas Səhifə > Cəmiyyət > Ucarda kombaynın təkəri partlayıb: Bir nəfər ölüb
Ucarda kombaynın təkəri partlayıb: Bir nəfər ölüb5-06-2023, 10:20 |
Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb. APA xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Şilyan kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Hakim Hətəm oğlu Əhmədov kombaynın qabaq təkərinə hava vurarkən təkər partlayıb. Ağır xəsarət alan H.Əhmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |