Əsas Səhifə > HƏRBİ > Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub


4-06-2023, 22:34


Bu gün saat 18:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Şəffaflıq.az


Geri qayıt