Əsas Səhifə > XARİCİ XƏBƏR > Medvedev Rusiyada rejim dəyişikliyindən danışdı: “Diskursu dəyişməyə çalışanlar vətən xaini hesab olunacaqlar”

Medvedev Rusiyada rejim dəyişikliyindən danışdı: “Diskursu dəyişməyə çalışanlar vətən xaini hesab olunacaqlar”


3-06-2023, 16:56


“Avropadakı mühacirlər şirin xəyallara qapılırlar ki, Rusiyada rejim süqut edərsə, ölkə yaxşı yaşayacaq”.

Bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. Medvedev ölkədə indiki vəziyyət və gələcək perspektivlər, bir sıra çevrələrdə ölkədəki rejimin dəyişdirilməsi ilə bağlı gedən müzakirələr barədə fikrini bildirib.

O, bununla bağlı “Telegram” hesabında paylaşım edib.

Eks-prezident Dmitri Medvedevin fikrincə, Rusiyada rejim dəyişikliyi ilə bağlı müzakirələr sırf mühacirətdə olan həmvətənlər tərəfindən aparılır.

“Şirin xəyallara qapılırlar ki, Rusiyada rejim süqut edərsə, ölkəmiz necə yaxşı yaşayar”, - deyə o qeyd edib.

O əmin olduğunu bildirib ki, bu qəbildən “arzular” heç vaxt reallığa çevrilməyəcək.

“2022-ci il fevralın 24-dən sonra ortaya çıxmış diskursu dəyişməyə çalışan istənilən siyasətçi qaçılmaz olaraq satqın, vətən xaini hesab olunacaq”, - deyə o vurğulayıb.

“Onlar bu müharibədə canlarını fəda etmiş vətəndaşlarımızın xatirəsinə xəyanət edən şəxs kimi xarakterizə olunacaqlar”, - deyə Medvedev əlavə edib.

Onun fikrincə, bir əsr əvvəlki əksər mühacirlər kimi, yeni dövrün mühacirləri də Rusiyaya qayıda bilməyəcəklər.

Şəffaflıq.az


Geri qayıt