4 yaşlı Nihadın sizin köməyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Leyla Məmmədova məlumat verib.
O bildirib ki, övladı tək böyrəklə dünyaya gəlib.
“Nihad bir böyrəklə dünyaya gəlib. Digər böyrəyinə yük düşdüyündən doğulduğu gündən müalicə alır. Əvvəllər hər üç-dörd aydan bir Türkiyəyə gedib orada müalicə etdirə bilirdik, amma hazırda buna imkanımız çatmır. Əlimizdə-ovcumuzda nə varsa, satmışıq. Hazırda Türkiyəyə gedib müalicə almaq üçün lazım olan 6 000 manatın 5 000 manatını toplasaq da, 1 000 manatımız hələ də çatmır. Yardımsevər şəxslərdən bizə yardım etməyi, övladıma dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: 055 493 04 28
Şəffaflıq.az