Əsas Səhifə > Kriminal > Rusiyadan Azərbaycana gələn avtobusda 17 milyon aşkarlandı
Rusiyadan Azərbaycana gələn avtobusda 17 milyon aşkarlandı28-10-2019, 18:17 |
Dağıstan sərhədçilərə Azərbaycana gələn avtobusdan qeydiyyata alınmamış külli miqdarda pul aşkarlayıb. Şəffaflıq.az bildirir ki, bununla bağlı TASS agentliyi respublikanın güc strukturlarındakı mənbəyə istinadla məlumat yayıb. “Pullar Yaraq-Qazmalar sərhəd keçid məntəqəsindəki avtobusda aşkarlanıb. Ümumilikdə 17 milyon rubl (452 min AZN - red.) avtobusun müxtəlif yerlərində gizlədilib”, - məlumatda qeyd edilib. Bildirilib ki, pullar müsadirə edilib, avtobus cərimə meydançasına aparılıb, sürücü isə həbs edilib. Geri qayıt |