Əsas Səhifə > İdman > Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında daha 2 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında daha 2 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.


2-06-2023, 22:50


Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında daha 2 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

 Şəffaflıq.az xəbər verir ki, yarışın 5-ci günündə qadınlar arasında 46 kq-da qızıl medal Lena Stoykoviçə (Xorvatiya) qismət olub. O, finalda Siken Kamonçanoku (Tailand) məğlub edib. Üçüncü yeri Ruka Okamoto (Yaponiya) və Vanq Xiaolu (Çin) tutub.

Kişilər arasında 54 kq çəkidə dünya çempionu titulunu Tay-Jun Park (Cənubi Koreya) qazanıb. Gümüş medala Hüqo Arilyo Vaskes (İspaniya) layiq görülüb. “Üçlüy”ü Omonjon Otajonov (Özbəkistan) və Görkem Polat (Türkiyə) qapayıblar.

Bu çəkidə Azərbaycan millisinin idmançılarından Minayə Əkbərova (46 kq) 1/16 finalda Ruka Okamotoya (Yaponiya), eyni mərhələdə Səyyad Dadaşov (54 kq) isə Omonjon Otajonova (Özbəkistan) məğlub olub.

Qeyd edək ki, mundiala iyunun 4-də yekun vurulacaq.


Geri qayıt