Əsas Səhifə > Hadisə > Bakıda avtomobil piyadanı vurdu

Bakıda avtomobil piyadanı vurdu


2-06-2023, 00:02


Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ukrayna dairəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Quliyev Sirac İsgəndər oğlu yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Şəffaflıq.az


Geri qayıt