Əsas Səhifə > EKOLOGİYA > Sabah Bakıda havanın temperaturu 31 dərəcəyədək artacaq
Sabah Bakıda havanın temperaturu 31 dərəcəyədək artacaq27-05-2023, 12:41 |
"Sabah (mayın 28-də) Bakıda və Abşeron yarımadasında havanın temperaturu 31 dərəcəyədək artacaq". Bunu "Report"a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib. O bildirib ki, mayın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti mülayimləşəcək, yağıntı və güclü külək gözlənilmir. Aran rayonlarında temperatur 35 dərəcəyədək yüksələcək. Digər rayonlara gəldikdə, nazir müavini deyib ki, qeyri-sabitlik müşahidə olunacaq, xüsusən də bu, dağlıq və dağətəyi ərazilərə aiddir "Ümumiyyətlə mayın ayının son günlərində lokal yağışlar olacaq". Şəffaflıq.azGeri qayıt |