Əsas Səhifə > FUTBOL > Konfrans Liqası: “Neftçi” və “Sabah”ın daha bir potensial rəqibi müəyyənləşib

Konfrans Liqası: “Neftçi” və “Sabah”ın daha bir potensial rəqibi müəyyənləşib


27-05-2023, 12:38


“Neftçi” və “Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində daha bir potensial rəqibi müəyyənləşib.

Şəffaflıq.az-ın məlumatına görə, püşkatma zamanı səpələnmişlərdə yer alacaq “Neftçi”nin mümkün rəqibləri sırasına Lüksemburq təmsilçisi “Differdanj” da qoşulub. Buna səbəb adıçəkilən komandanın ölkə kubokunu qazanması olub.

Səpələnməmişlərdə qərarlaşacaq “Sabah” və ya Azərbaycanın bu turnirdəki digər komandası (“Qəbələ” və ya “Zirə”) isə Yunanıstan klubu “Aris”lə qarşılaşa bilər. Bir müddətdir mövqeyi qeyri-müəyyən olan salonikililərin püşkatmada səpələnmişlərdə olacağı dəqiqləşib.

Qeyd edək ki, iyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər.

UEFA Konfrans Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər:

“Düdelanj” (Lüksemburq)

“Riqa” (Latviya)

“Maribor” (Sloveniya)

“Şkendiya” (Şimali Makedoniya)

“Linfild” (Şimali İrlandiya)

“Vaduts” (Lixtenşteyn)

“Dunayska” (Slovakiya)

“Dandolk” (İrlandiya)

“Alaşkert” (Ermənistan)

"Stuyeska" (Monteneqro)

“Şkupi” (Şimali Makedoniya)

"Sarayevo" (Bosniya və Herseqovina)

“Riqa” (Latviya)

“Tobol” (Qazaxıstan)

“B36 Torshavn” (Farer adaları)

“Drita” (Kosovo)

“Qzira Yunayted” (Malta)

“Levadiya” (Estoniya)

“Konnas” (Uels)

“HB Torshavn” (Farer adaları)

“Europa” (Cəbəllütariq)

“Domjale” (Sloveniya)

“Santa-Koloma” (Andorra)

“Proqres” (Lüksemburq)

"Dinamo" (Batumi, Gürcüstan)

Səpələnməmişlər:

“Torpedo” (Kutaisi, Gürcüstan)

“Vikinqur” (Reykyavik, İslandiya)

“Sent-Patriks” (İrlandiya)

“Vikinqur” (Farer adaları)

“Derri Siti” (İrlandiya)

“Makedoniya” (Şimali Makedoniya)

“Panevezis” (Litva)

“Honka” (Finlandiya)

“Baltsan” (Malta)

“Zimbru” (Moldova)

“Haka” (Finlandiya)

“Dila” (Gürcüstan)

“Birkirkara” (Malta)

“Qlentoran” (Şimali İrlandiya)

“Heqelmann” (Litva)

“İsloç (Belarus)

“Akureyri” (İslandiya)

“Eqnatia” (Albaniya)

“Penibont” (Uels)

“Xaverforduest Kaunti” (Uels)

“Meqpays” (Cəbəllütariq)

"Arsenal Tivat" (Monteneqro)

“Kosmos” (San-Marino)

Qeyri-müəyyənlər:

“İnter Eskaldes” (Andorra)

“Kruzaders” (Şimali İrlandiya)

“Payde” (Estoniya)

II təsnifat mərhələsi

Səpələnmişlər:

“Brügge” (Belçika)

“Gent” (Belçika)

PAOK (Yunanıstan)

“Makkabi (Təl-Əviv, İsrail)

“Viktoriya” (Çexiya)

“Budo-Qlimt” (Norveç)

“Lex” (Polşa)

“Hapoel” (Beer-Şeva, İsrail)

“Yurqarden” (İsveç)

APOEL (Nikosiya, Kipr)

“Beşiktaş” (Türkiyə)

“Riyeka” (Xorvatiya)

“Styaua” (Rumıniya)

“Legiya” (Polşa)

“Rusenborq” (Norveç)

“Spartak” (Trnava, Slovakiya)

“Omoniya” (Kipr)

“KuPS” (Finlandiya)

“Neftçi” (Azərbaycan)

“Osiyek” (Xorvatiya)

“Aris” (Saloniki, Yunanıstan)

Səpələnməmişlər:

“Lütsern” (İsveçrə)

“Beytar” (İsrail)

“Hammarbü” (İsveç)

“Kalmar” (İsveç)

“Kauno” (Litva)

“Poqon” (Polşa)

“Zalaeqerseq” (Macarıstan)

“Keçkemet” (Macarıstan)

“Sepsi” (Rumıniya)

“Boraç” (Bosniya və Herseqovina)

“Sabah” (Azərbaycan)

“Ordabasi” (Qazaxıstan)

“Aktobe” (Qazaxıstan)

“Çelye” (Sloveniya)

“Auda” (Latviya)

“Differdanj” (Lüksemburq)

Qeyri-müəyyən:

“Voyvodina” (Serbiya)


Geri qayıt