Əsas Səhifə > Dünya > ABŞ prezidenti Donald Tramp İŞİD lideri Bağdadinin öldürüldüyünü açıqlayıb.
ABŞ prezidenti Donald Tramp İŞİD lideri Bağdadinin öldürüldüyünü açıqlayıb.27-10-2019, 20:06 |
![]() Şəffaflıq.az xəbərinə görə, bunu bu gün keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp bəyan edib. D. Tramp DNA testinin keçirildiyini və öldürülən şəxsin İŞİD terror təşkilatının rəhbəri olduğunun təsdiqləndiyini söyləyib: “Rusiyaya, Türkiyəyə, Suriyaya, İraqa və suriyalı kürdlərə İŞİD terror təşkilatının liderinin öldürülməsində bizə verdikləri dəstəyə görə təşəkkür edirəm. Texnologiyanın yardımı ilə o terrorçunun tuneldə öldürülməsini Müdafiə Naziri və bir neçə generalla birlikdə izlədik. Əbubəkr əl-Bağdadinin yanındakı terrorçular müqavimət göstərməyə çalışsalar da, qısa müddətdə zərərsizləşdirildilər. Tuneldə gizlənən Əbubəkr əl-Bağdadi 3 uşağını da yanında götürərək qaçmağa başladı. Həmin tunelin çıxışı yox idi. Üzərindəki partlayıcı qurğunu işə saldı, özü ilə bərabər 3 uşağını da öldürdü. Əməliyyatda bir amerikalı əsgər belə yaralanmadı. Əbubəkr əl-Bağdadi bir qorxaq köpək kimi öldürüldü”. ![]() Geri qayıt |