Əsas Səhifə > Cəmiyyət > Daşkəsəndə leysan yağışları fəsadlar törədib - YENİLƏNİB

Daşkəsəndə leysan yağışları fəsadlar törədib - YENİLƏNİB


26-05-2023, 11:58


Daşkəsən rayonuna yağan leysan yağışlar və dolu bir neçə kəndlərdə fəsadlar törədib.

“Report”un Qərb bürosunun məlumatına görə, dünən axşam saatlarından başlayaraq yağan leysan yağışlar və dolu səbəbindən rayonun Qabaqtəpə, Kəmərqaya, Almalı və Bayan kəndlərində fəsadlar yaranıb.

Kəmərqaya kəndində vətəndaşa məxsus evin divarı uçub, bir neçə evin isə dam örtüyü zərər görüb.

Kəskin hava şəraiti səbəbindən 200 metr uzunluğunda qaz xətti zərər görüb, iki transformator yanaraq elektrik xəttinin verilməsi dayanıb.

Əkin sahələrinə, təsərrüfata ziyan dəyib. Ərazilərə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub.

Fəsadların aradan qaldırılması istiqamətində işlər aparılıb. Hazırda dəymiş ziyan hesablanır.

10:04

Mayın 25-i saat 19 radələrindən başlayaraq Daşkəsən rayonu ərazisinə güclü leysan yağışları yağıb.

APA xəbər verir ki, leysan yağışları rayon mərkəzi də daxil olmaqla ayrı-ayrı kəndlərdə bəzi elektrik transformatorlarına və dirəklərinə, qaz xətlərinə, fərdi yaşayış evlərinin dam örtüklərinə, əkin sahələrinə, meyvə bağlarına zərər vurub, yollarda sel sularının gətirdiyi palçıq kütlələri və qaya daşları nəqliyyatın hərəkətinə çətinliklər yaranıb.

Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən axşam saatlarından başlayaraq dərhal daxili imkanlar hesabına qabaqlayıcı tədbirlər görülüb, yerli idarə və xidmət sahələrinə tapşırıqlar verilib.

Şəffaflıq.az


Geri qayıt