Əsas Səhifə > İqtisadiyyat > Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb26-05-2023, 10:04 |
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb. Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelə olan qiyməti 1,99 ABŞ dolları və ya 2,47% azalaraq, 78,47 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb. Şəffaflıq.az Geri qayıt |