Əsas Səhifə > Hadisə > Bakıda 30 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda 30 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb


26-05-2023, 09:38


Bakıda 30 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Kamranbəy Telman oğlu Ağazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.


Geri qayıt