Əsas Səhifə > ELM VƏ TƏHSİL > Növbəti tədris ilindən məktəbli formaları məcburi olacaq? - AÇIQLAMA + FOTO
Növbəti tədris ilindən məktəbli formaları məcburi olacaq? - AÇIQLAMA + FOTO25-05-2023, 18:18 |
“Bütün məktəbli formalarını tikib başa çatdırırıq”. Bu sözləri Oxu.Az-a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov deyib. Onun sözlərinə görə, istehsalatda heç bir problem yoxdur: “Biz bütün məktəbli formalarının istehsalını başa çatdırırıq. Lazım olan bütün materiallarımız var. Hazırda formalar tikilir. İstehsalatda heç bir problemimiz yoxdur. Əlavə mağazalar da açırıq. Bu mövsüm həm yuxarı, həm də aşağı siniflərin məktəbli formalarını valideynlər və ya şagirdlər gəlib ala bilərlər. Bu gün də gəlib ala bilərlər. Məsləhətim odur ki, son günü gözləməsinlər. Son günə qalanda sıxlığa düşüb, əziyyət çəkirlər”. E.Əzimov qeyd edib ki, məktəbli formalarının məcburi olub-olmayacağı onlara aid məsələ deyil: “Bu, Elm və Təhsil Nazirliyinə aid bir məsələdir. İbtidai sinif üçün formalar hazırdır. Lakin növbəti tədris ilində məktəbli formalarının məcburi olub-olmayacağını yalnız nazirlik deyə bilər”. Elm və Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında Qərarı qüvvədədir. Xatırladaq ki, ötən ilin mart ayında Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi” haqqında qərar imzalayıb. Qərara əsasən, dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri təsdiq edilib. Bu qərar 2022/23-cü tədris ilindən tətbiq edilir. Nazirlər Kabinetinin qərarında da bildirilib ki, ötən il istifadə olunan geyim növbəti il üçün tətbiq edilməyəcək. Nəzrin Vahid Şəffaflıq.az Geri qayıt |