Əsas Səhifə > Cəmiyyət > Cəlilabadda bacısını xilas edən yeniyetmə quduz itin dişləməsi nəticəsində ölüb - TƏFƏRRÜAT/YENİLƏNİB + FOTO

Cəlilabadda bacısını xilas edən yeniyetmə quduz itin dişləməsi nəticəsində ölüb - TƏFƏRRÜAT/YENİLƏNİB + FOTO


25-05-2023, 17:05


Cəlilabad rayonunda quduz itin dişlədiyi yeniyetmənin ölümü ilə bağlı təfərrüat məlum olub.

“Report”un Muğan bürosunun əldə etdiyi məlumata görə, hadisə mayın 3-də, Cəlilabad şəhərinin R.Nəsirov küçəsində baş verib.

Belə ki, 11 yaşlı Zülfiyyə Rzayeva mağazadan evə qayıdan bacısının sahibsiz itin hücumuna məruz qaldığını görüb.

Bu zaman o, bacısının köməyinə gəlib. Yeniyetmə bacısını xilas etsə də, özü itin hücumuna məruz qalaraq çoxsaylı bədən xəsarətləri alıb.

Daha sonra Z.Rzayeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona burada quduzluq əleyhinə vaksin vurulub və yaraları tikilib.

Lakin vəziyyəti ağırlaşdığı üçün yeniyetmə paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

Z.Rzayeva yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

O, doğulduğu Cəlilabad rayonunun Əsədli kəndində torpağa tapşırılıb.




16:00

Cəlilabad rayonunda itin dişlədiyi yeniyetmə ölüb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərində qeydə alınıb.

Belə ki, rayon sakini, 2012-ci il təvəllüdlü Zülfiyyə Rzayevanı küçədə it dişləyib.

Müxtəlif xəsarətlər alan yeniyetmə rayon xəstəxanasına aparılıb, ona quduzluq əleyhinə vaksin vurulub.

Daha sonra o, paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

Lakin yeniyetmə yerləşdirildiyi xəstəxanada qəfildən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az  


Geri qayıt