Əsas Səhifə > Cəmiyyət > Əlahiddə Çevik Polis Alayının manqa komandirinin ölümü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Əlahiddə Çevik Polis Alayının manqa komandirinin ölümü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB


25-05-2023, 17:03


Mayın 24-də axşam saatlarında 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayevin səhhətində yaranan problem üzündən xəstəxanaya yerləşdirilməsi və daha sonra həyatını itirməsi ilə bağlı mediada yayılmış məlumat AQTA tərəfindən araşdırılıb.

Bu barədə AQTA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib. Araşdırma zamanı hadisənin qida ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilib.

Qeyd edək ki, mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib. DİN-in mətbuat xidmətindən bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, o, həyatını itirib.

S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.

07:21

Mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib. 

DİN-in mətbuat xidmətindən bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib. 

Göstərilən tibbi müdaxilələrə baxmayaraq o həyatını itirib. 

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.

Şəffaflıq.az  


Geri qayıt