Əsas Səhifə > XARİCİ XƏBƏR > “Vaqner” bölmələrini Baxmutdan çıxarmağa başladı - VİDEO
“Vaqner” bölmələrini Baxmutdan çıxarmağa başladı - VİDEO25-05-2023, 13:43 |
“Vaqner” özəl hərbi şirkəti Baxmutdan bölmələrini çıxarmağa başlayıb. Bu barədə şirkətin təsisçisi Yevgeni Priqojin məlumat verib. Müvafiq video onun mətbuat xidməti tərəfindən “Telegram” kanalda yayımlanıb. Bildirilir ki, artıq muzdlular arxa cəbhəyə keçir. “Vaqner”in əsas hissəsinin iyunun 1-dək köçürülməsi planlaşdırılır. “Biz hərbi sursatları, mövqeləri, hər şeyi, o cümlədən quru yeməkləri təhvil veririk”, - deyə Priqojin bildirib. Xatırladaq ki, Priqojin bundan əvvəl Ukrayna ordusu haqqında müsbət fikirlər səsləndirib. O bəyan edib ki, Rusiya hökumətinin elan etdiyi “demilitarizasiya” və “denasifikasiya” planları iflasa uğrayıb. Şəffaflıq.az Geri qayıt |