Əsas Səhifə > Cəmiyyət > Rəqsanənin keçmiş kürəkəni həbs olundu - SƏBƏB + YENİLƏNİB
Rəqsanənin keçmiş kürəkəni həbs olundu - SƏBƏB + YENİLƏNİB25-05-2023, 12:00 |
Rəqsanə İsmayılovanın keçmiş kürəkəni Eşqin Cəlilov müğənninin qızı Aysun İsmayılovaya qarşı fiziki şiddət göstərdiyi üçün barəsində şikayət olunub. “Qafqazinfo” xəbər verir ki, Eşqin Cəlilov dünən Aysun İsmayılovanın sahibi olduğu gözəllik salonuna gedərək keçmiş xanımını orada döyüb. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 157-ci (döymə) maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Cəlilov 30 sutka inzibati qaydada həbs edilib. Xatırladaq ki, bir neçə gün əvvəl müğənni R.İsmayılova sosial şəbəkə hesabında canlı yayımda qızı Aysunun Eşqin tərəfindən döyülüb-söyüldüyünü bildirmişdi. 11:12 Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun keçmiş həyat yoldaşı Eşqin Cəlilov həbs olunub. Olay.az xəbər verir ki, E.Cəlilov İnzibati Xətalar Məcəlləsinim 510-cu (xırda xuliqanlıq) və 157-ci (döymə) maddələri ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib. Qeyd edək ki, Aysunla Eşqin ötən ilin avqustunda ailə qurub. Onlar bir müddət əvvəl 8 aylıq evliliklərini sonlandırdıqlarını açıqlayıblar. Şəffaflıq.az Geri qayıt |