Əsas Səhifə > İqtisadiyyat > Deputat: “Azərbaycanda içməli suyun qiymətini saxlaya bilməyəcəyik” - FOTO
Deputat: “Azərbaycanda içməli suyun qiymətini saxlaya bilməyəcəyik” - FOTO24-05-2023, 13:19 |
“Azərbaycanda içməli suyun qıtlığı səbəbindən qiymətini saxlaya bilməyəcəyik”. “Report” xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. “Azərbaycan dünyada içməli sudan əziyyət çəkən ölkələrdən biridir. Bu problem ilbəil artır. Biz suyun qiymətini saxlaya bilməyəcəyik”, - deputat bildirib. Onun sözlərinə görə, şəhərdə gəzəndə avtomobil yuma yerlərində suyun şırhaşırla axıdıldığını görürük: “Yüz faiz əminəm ki, orada sayğac yoxdur. Suyu elə buraxırlar ki, elə bil, şəlalədir. Bir-iki aydan sonra su qıtlığını hiss edəcəyik”. Şəffaflıq.az Geri qayıt |