Yeddi yaşlı Zəhra Əsədovanın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Leyla Əsədova məlumat verib.
O bildirib ki, övladı doğulduğu zaman onda bel-oma və büzdüm sümüyü aşkarlanmayıb.
“Zəhra anadangəlmə qapalı spina-bifida xəstəliyindən əziyyət çəkir. Onun beldən aşağısı tam deformasiya olunub. Nəcis və sidik ifrazı qeyri-iradidir. Bir neçə il əvvəl Zəhranın bağırsaqlarının 90%-i əməliyyatla çıxarılıb. Onun diz və topuq oynaqları da deformasiyaya uğrayıb”.
Leyla Əsədova mayın 31-də müalicə və əməliyyat üçün Türkiyəyə gedəcəklərini deyib.
“Zəhra İstanbulda yerləşən klinikaların birində əməliyyat olunacaq. Onun sidik bağlarına kateter qoyulacaq. Bunun üçün bizim 10 000 dollara (17 000 manat) ehtiyacımız olsa da, həmin məbləğin cəmi 6 000 manatını toplaya bilmişik. Zəhranın vəziyyəti günü-gündən ağırlaşır, ağrıları artır. Bu əməliyyat olmasa, qızım həyatını itirə bilər. Yardımsevər şəxslərə bizə dəstək olmaları üçün yalvarıram”.
Ailə ilə əlaqə: 070-982-76-26.
Şəffaflıq.az