Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ-də sürücü yük maşınını bilərəkdən Ağ Evi qoruyan maneəyə çırpıb

ABŞ-də sürücü yük maşınını bilərəkdən Ağ Evi qoruyan maneəyə çırpıb


23-05-2023, 13:26


Vaşinqtonda yük maşınının sürücüsü idarə etdiyi avtomobili Ağ Evin yaxınlığındakı qoruyucu maneəyə çırpıb.

Bu barədə ABŞ Məxfi Xidmətinin rəsmi nümayəndəsi Entoni Quqlielmi özünün “Twitter” hesabında yazıb.

O qeyd edib ki, mikroavtobusun sürücüsü həbs edilib.

Entoni Quqlielmi qeyd edib ki, insident nəticəsində ABŞ Məxfi Xidmətinin və Ağ Evin əməkdaşlarından heç kim xəsarət almayıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt