Əsas Səhifə > Cəmiyyət > G7 liderləri yekun kommünikeni qəbul etdilər

G7 liderləri yekun kommünikeni qəbul etdilər


20-05-2023, 15:06


G7 (Böyük Yeddilik) liderləri Xirosima sammitinin bitməsinə bir gün qalmış yekun kommünike qəbul ediblər.

Onlar xüsusilə Çinlə konstruktiv və sabit münasibətlər qurmağa hazır olduqlarını bildiriblər.

Liderlər Tayvan boğazında sabitliyin vacibliyini bir daha təsdiqləyiblər və “Vahid Çin” siyasətinə sadiqliklərini vəd ediblər.

Ukraynanı dəstəkləməyə davam edəcəklərini təsdiqləyiblər.

Sammit iştirakçıları “nüvə silahı olmayan dünya”ya və kimyəvi və bioloji silahlara dair konvensiyaların effektiv şəkildə həyata keçirilməsinə çağırıblar.

Mənbə: TASS

Şəffaflıq.az


Geri qayıt