Əsas Səhifə > SİYASƏT > Asip Kaya: “Naxçıvanda Türkiyənin 1 350 seçicisinin səs verməsi gözlənilir” - FOTO
Asip Kaya: “Naxçıvanda Türkiyənin 1 350 seçicisinin səs verməsi gözlənilir” - FOTO20-05-2023, 13:23 |
“Naxçıvanda II turda Türkiyənin 1 350 seçicisinin səs verməsi gözlənilir”. “Report”un yerli bürosunun məlumatına görə, bu barədə Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya jurnalistlərə bildirib. O, qeyd edib ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib: “Lakin prezident seçkisində hər hansı namizəd 50 %-dən artıq səs toplaya bilmədiyi üçün ikinci tur keçiriləcək. Türkiyədə seçkinin ikinci turu mayın 28-də baş tutacaq. Ancaq xaricdə yaşayan Türkiyə vətəndaşları üçün fərqli tarixdə keçirilir. Baş Konsulluqda bu gün, sabah və ayın 22-də vətəndaşlarımız saat 08:00-dan 22:00-dək bura gələrək səslərini verə bilərlər. Keçən dəfə (birinci tur) 1 033 vətəndaşımız səs verib”. Qeyd edək ki, xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının mayın 28-də keçiriləcək prezident seçkisinin ikinci turu ilə bağlı səsverməsi başlayıb. Şəffaflıq.az Geri qayıt |