Əsas Səhifə > XARİCİ XƏBƏR > Ərdoğan Sinan Oğanın ikinci turda həlledici olacağı ilə bağlı proqnozlara münasibət bildirdi
Ərdoğan Sinan Oğanın ikinci turda həlledici olacağı ilə bağlı proqnozlara münasibət bildirdi19-05-2023, 17:26 |
“90 faizə qədər güclü seçici fəallığı müşahidə olundu. Dünyada buna bənzər hallar azdır”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN International”a müsahibəsində deyib. Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda xalqın gücünə inandığını qeyd edib. “İnanıram ki, gələn bazar günü keçiriləcək seçkilərdə xalqım güclü türk demokratiyasını nümayiş etdirəcək. 90 faizə qədər güclü seçici fəallığı müşahidə olundu. Bu, çox əhəmiyyətli iştirak göstəricisidir. Dünyada buna bənzər hallar azdır. Bu seçkilərdən ümidim odur ki, millətim bizi yanıltmayacaq”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan Sinan Oğanın ikinci turda həlledici olacağına dair proqnozlarla bağlı suala cavabında bu barədə müzakirə aparmayacağını deyib. “Mən bu şəkildə müzakirələr aparmağı sevən biri deyiləm”, - deyə Türkiyə prezidenti qeyd edib. Mənbə: NTV.com.tr Şəffaflıq.az Geri qayıt |