Əsas Səhifə > Cəmiyyət > Göyçayda sahibsiz itlər qoyun sürüsünə hücum edib

Göyçayda sahibsiz itlər qoyun sürüsünə hücum edib


19-05-2023, 17:07


Göyçay rayonunda sahibsiz itlər xırda buynuzlu heyvanlara hücum edib, nəticədə bir neçə qoyun tələf olub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qaraməryəm kəndində qeydə alınıb.

Belə ki, sahibsiz itlərin qoyun sürüsünə hücumu nəticəsində kənd sakini Kamil Niftəliyevə məxsus 3 baş heyvan tələf olub, daha 7 baş heyvan isə yaralanıb.

Hadisənin baş verdiyi əraziyə baytarlar cəlb olunublar və yaralı qoyunlara quduzluq əleyhinə vaksin vurulub.

Şəffaflıq.az


Geri qayıt