2022-ci il təvəllüdlü Nərgiz Azad qızı Zeynalova ağır yanıq xəsarətləri alıb.
Bu barədə Oxu.Az-a onun anası Nuranə Zeynalova məlumat verib.
O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:
“Mən yemək bişirmək üçün bir qazan suyu odun sobasında qaynadıb yerə qoymuşdum. Ağlıma belə gəlməzdi ki, bir yaşlı qızım iməkləyərək qazanın yanına gedib onu üstünə aşıra bilər. Biz Xaçmaz şəhərində yaşayırıq. Həyat yoldaşım Azad çobanlıq edərək pul qazanır. Mən isə toyuq-cücə saxlayaraq ailəmizə dəstək olmağa çalışıram. Nərgiz yanan günü 600 manat borc taparaq Bakıya gəldik. Bakıda xəstəxanaların birində ona 2-ci dərəcəli yanıq diaqnozu qoyuldu. Ona bir dəfə dəriköçürmə əməliyyatı edilib. İkinci dəfə əməliyyat üçün imkanımız çatmadı. Ona görə Nərgizi də götürüb Xaçmaza qayıtdıq. Onun dərmanlarını belə almağa pulumuz yoxdur. Bütün günü ağrıdan qışqırır. Həkimlər bildirir ki, Nərgizin sağalması üçün 2 min manata ehtiyacımız var. İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirəm”.
Kart nömrəsi: 4169 7388 7185 6161
Əlaqə nömrəsi: 055 7766791 (Nuranə Zeynalova)
Şəffaflıq.az