Əsas Səhifə > Dünya > Rusiyada hərbi hissədə atışma: 8 ƏSGƏR ÖLDÜRÜLDÜ

Rusiyada hərbi hissədə atışma: 8 ƏSGƏR ÖLDÜRÜLDÜ


26-10-2019, 00:12

 

Rusiya Federasiyasının Zabaykal əyalətində yerləşən hərbi hissədə silahlı insident baş verib.

Şəffaflıq.az "Hurriyyet.org"-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi informasiya yayıb.

Məlumata görə, Qornıy küçəsində yerləşən hərbi hissədə qaravulda xidmət aparan hərbi qulluqçu həmkarlarına atəş açıb. Hadisənin təfərrüatları bildirilməsə də, hərbi qulluqçunun 10 həmkarını güllələdiyi qeyd edilib. Güllələnən əsgərlərdən 8-i həlak olub, 2-si yaralanıb. Yaralanan əsgərlər xəstəxanaya çatdırılıb.

İnsidenti törədən əsgərin tutulduğu bildirilib.
Geri qayıt