Əsas Səhifə > İqtisadiyyat > Dörd ayda vətəndaşlar ictimai iaşə obyektlərində nə qədər vəsait xərcləyib?
Dörd ayda vətəndaşlar ictimai iaşə obyektlərində nə qədər vəsait xərcləyib?18-05-2023, 14:02 |
2023-cü ilin yanvar-aprel aylarında ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 24,9% artaraq 569,2 milyon manat olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edək ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,6%-i hüquqi şəxslərin, 49,4%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 29,6% artaraq 285,1 milyon manat təşkil edib. Şəffaflıq.az Geri qayıt |