Əsas Səhifə > SİYASƏT > Beynəlxalq Qırmızı Xaç Komitəsi: “Laçın yolu ilə humanitar fəaliyyəti özümüz dayandırmışıq”

Beynəlxalq Qırmızı Xaç Komitəsi: “Laçın yolu ilə humanitar fəaliyyəti özümüz dayandırmışıq”


17-05-2023, 12:09


“Laçın yolu ilə humanitar fəaliyyətin dayandırılması Beynəlxalq Qırmızı Xaç Komitəsinin öz qərarıdır”.

Bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni danışıb.

Onun sözlərinə görə, problem müəyyən prosedurların aydınlaşdırılmasındadır.

“Biz özümüz bu fəaliyyətləri dayandırmışıq. Hazırda fəaliyyətimizin bərpası üçün nüansları aydınlaşdırmaq məqsədi ilə qərar qəbul edən tərəflərlə dialoq aparılır”, - deyə o bildirib.

Mənbə: “Sputnik” Ermənistan

Şəffaflıq.az


Geri qayıt